GERIYƏ

Region tarixi fənnindən dərs vəsaiti

Müəllif Zülfüqarlı Məhərrəm Paşa oğlu, Əsədova Minaxanım
Nəşr olunduğu il 2017
Elm sahəsi Tarix
Nəşriyyat
Nəşr yeri Bakı

Zülfüqarlı Məhərrəm Paşa oğlu, Əsədova Minaxanım. Region tarixi fənnindən dərs vəsaiti. Bakı, , 2017.

"Region tarixi" fənni ümimi fənlərdən fərqli olaraq yalnız regionşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə tədris olunur. Buna görə də bu fənnin universitetdə tədris olunan ümumi fənlərdən fərqli spesifik xüsusiyyəti var. "Regionun tarixi" fənninin predmeti Azərbaycan Respublikasının yerləşdiyi regionda təmsil olunan və ya bu regionla tarixən sıx əlaqələri olan dövlətlərin qısa tarixinin öyrənilməsindən ibarətdir. Bura İran, Türkiyə, Rusiya, Gürcüstanın qədim dövrdən müasir dövrə qədər qısa tarixi aiddir. Regionda tarixən dövləti olmamış, yalnız 1918-ci il may ayından başlayaraq Azərbaycanın tarixi ərazisində yaranmış Ermənistanın tarixi həmin dövrdən başlayaraq tədrisə daxil edilib.