İnfoimperializm və media
Müəllif | Məmmədov Hikmət Baba oğlu |
---|---|
Nəşr olunduğu il | 2013 |
Elm sahəsi | İnformasiya-sənəd menecmenti |
Nəşriyyat | MSA |
Nəşr yeri | Bakı |
Məmmədov Hikmət Baba oğlu. İnfoimperializm və media. Bakı, MSA, 2013.
Monoqrafiyada müasir dünya siyasətində baş verən ən yeni keyfiyyət dəyişiklikləri beynəlxalq münasibətlər sisteminin modern konsepsiyaları əsasında elmi-analitik təhlilə cəlb edilmiş, qloballaşma, netokratiya, neoimperializm və s. kimi məsələlərin məzmun və mahiyyətinin alt qatlarına işıq tutulmuşdur. XXI əsrin beynəlxalq münasibətlər sistemində milli dövlətlərin aktor kimi fəaliyyət perspektivləri təhlil edilmiş, istismarçı imperializmin informasiya imperializmi mərhələsinə daxil olması sosial şəbəkələrin və medianın isə infoimperializmin əsas silahı kimi institusional vasitəyə çevrilməsi məsələləri öz əksini tapmışdır.
Monoqrafiyada, eyni zamanda, infoimperializmdən müdafiə vasitəsi və metodlarının nələrdən ibarət ola biləcəyi məsələlərinə toxunulmuş, bu prosesləri izah etmək üçün müəllif tərəfindən politoloji leksikona, infoimperializm, infokratiya, infoelita, infokultroloji piramida, infogen təsir, infoidentiklik və s. kimi yeni terminlər gətirilmişdi.
Monoqrafiya politoloqlar, sosioloqlar, media nümayəndələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.