GERIYƏ

Koroğlu

Müəllif
Nəşr olunduğu il 2005
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Lider nəşriyyat
Nəşr yeri Bakı

. Koroğlu. Bakı, Lider nəşriyyat, 2005.

Azərbaycanın şifahi xalq ədəbiyyatının qiymətli əsəri olan "Koroğlu" dastanında xalqımıza məxsus qəhrəmanlıq, vətənpərvərlik, humanizm, dostluq, qardaşlıq, qonaqsevərlik və başqa xüsusiyyətlər öz parlaq bədii ifadəsini tapmışdır. Aşıq yaradıcılığının bu əzəmətli abidəsi dəfələrlə müx-təlif şəkillərdə nəşr edilmişdir. Hələ XIX əsrin 30-cu illərindən başlayaraq müxtəlif mətbuat səhifələrində eposun əsas qəhrəmanı və ayrı-ayrı surətləri, eləcə də onların adları ilə bağlı abidələr haqqında ilk məlumatlar, rəvayətlər, əfsanələr və kiçik epizodlar nəşr olunmağa başlamışdır. "Koroğlu" eposunun bu nəşri elmi arxivlərdə qorunan mövcud qollar, həmçinin son illərdə toplanmış materiallar əsasında tərtib olunmuşdur. Bu qollar eposun süjet xəttinə müvafiq olaraq ardıcıllıqla, əsərin obrazlar sisteminin inkişaf dinamikasına uyğun sıralanmışdır. Tərtib işi "Ön söz" və "Koroğlu" arxivinin təsviri" bölmələri ilə də təchiz edilmişdir