Qaçaq Nəbi tarixdə, elmi, yazılı və şifahi ədəbiyyatda, incəsənətdə.
Müəllif | Hacı Nərimanoğlu |
---|---|
Nəşr olunduğu il | 2021 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Mütərcim |
Nəşr yeri | Bakı |
Hacı Nərimanoğlu. Qaçaq Nəbi tarixdə, elmi, yazılı və şifahi ədəbiyyatda, incəsənətdə. . Bakı, Mütərcim , 2021.
Dünyada mənə elə bir igid göstərin ki, iyirmi bir il el-obasından didərgin düşüb, öz ömür-gün yoldaşı ilə qaranlıq mağaralarda, qalın meşələrdə, qarlı dağlarda məskən salmış olsun. Dünyada mənə elə bir cəngavər göstərin ki, at belində yaşa dolub, at belində vuruşsun; at belində qocalıb, at belində həlak olsun. Belə bir xalq qəhrəmanına və onun özündən qoçaq can yoldaşına bəstələnən el nəğmələri bir vaxt anamın laylasına qarışıb mənim də beşiyimə axmışdır. İndi bu nəğmələri mən öz səsimlə oxumaq istəyirəm. Bilmirəm məni axıracan dinləməyə səbriniz çatacaqmı?