GERIYƏ

Ana dilində ünsiyyət

Müəllif Vəfa Fətəliyeva
Nəşr olunduğu il 2019
Elm sahəsi Elm və təhsil
Nəşriyyat
Nəşr yeri Bakı

Vəfa Fətəliyeva. Ana dilində ünsiyyət. Bakı, , 2019.

"Ana dilində ünsiyyət" modulu dörd təlim nəticəsini (Peşəkar ünsiyyəti təhlil etməyi bacarır; peşəkar məsələlər ilə bağlı şifahi ünsiyyət qurmağı bacarır; peşəkar məsələlər ilə bağlı yazılı ünsiyyəti təhlil edir; peşəkar yazılı materialdan istifadə etməyi bacarır) əhatə edən on beş qiymətləndirmə meyarını (Gələcək iş yerinin daxilində kimlərlə ünsiyyət quracağını araşdırır, gələcək iş yerinin xaricində kimlərlə ünsiyyət quracağını araşdırır, gələcək iş yerində istifadə edilən səciyyəvi ünsiyyət üsullarını təsvir edir, gələcək iş yerində səciyyəvi ünsiyyət problemlərini araşdırır; peşəsində səciyyəvi şifahi ünsiyyəti təhlil edir, peşəkar məsələ ilə bağlı şifahi təqdimat keçirir, effektiv olaraq daxili şifahi ünsiyyəti təsvir edir, effektiv olaraq xarici şifahi ünsiyyəti təsvir edir; peşəsindəki səciyyəvi yazılı ünsiyyəti təhlil edir, daxili ünsiyyətin yazılı nümunələrini təqdim edir; müvafiq Azərbaycan mediasını peşəkar istifadə üçün müəyyən edir, müvafiq peşəkar yazılı materialları təhlil edir, tələbələr üçün müvafiq peşəkar materialı şifahi olaraq təqdim edir, tələbələrin verdiyi yazılı materialın təqdimatını qiymətləndirir) əks etdirir. Kitabda bu təlim nəticəsi və qiymətləndirmə ilə bağlı 41 mövzu əhatə olunmuşdur. "Ana dilində ünsiyyət" baza modulunu tam olaraq əldə edən, mənimsəyən şəxs harada və hansı şəraitdə İşləməsindən asılı olmayaraq, hansı peşədə çalışmasından, hansı vəzifədə olmasından asılı olmayaraq, düzgün dəqiq və ifadəli, mədəni peşəkar şifahi və yazılı nitqə malik olacaq, peşəkar fəaliyyətində məqsəd və istəklərinə uyğun ünsiyyət qura biləcək, peşəkar ünsiyyəti ilə bağlı şirkətdaxili və iş yerinin xaricində sənədləşmə işlərini uğurla və düzgün aparacaq. Modulun strukturu və məzmunu tələbələrin bu modulu bitirdikdən sonra özünü inkişaf yolu ilə daha çox peşəkar ünsiyyət bacarıqları əldə etməklərini dəstəkləyir. Hər bir yeni işdə olduğu kimi bu dərsliyin də tərtibatlə, məzmunla bağlı müəyyən qüsurları ola bilər. Kitabdan istifadə zamanı aşkar etdiyiniz belə halları qeyd edərək bildirməyiniz vəsaitin təkmilləşdirilməsi üçün çox əhəmiyyətlidir. Vəsaitlə bağlı təklif və rəylərinizi gözləyir və əvvəlcədən öz təşəkkürümüzü bildiririk