Ömür döngələri. Bioqrafik tarix
Müəllif | Paşayev M.İ |
---|---|
Nəşr olunduğu il | 2017 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | "OL" NPKT |
Nəşr yeri | Bakı |
Paşayev M.İ. Ömür döngələri. Bioqrafik tarix. Bakı, "OL" NPKT, 2017.
"Ömür döngələri" əsərinin müəllifi Məmmədəli Paşayev bütün həyatını elmə, pedaqoji fəaliyyətə həsr edən ziyalılarımızdandır. O, bundan başqa şeir və hekayələr də yazıb, ali məktəb tələbələri, magistrlər, müəllimlər üçün dərsliklər, dərs vəsaitlərinin hazırlanmasında yaxından iştirak edib.
Ölkəmizdə və dünyada baş verən hadisələri daim diqqətlə izləyən, məqamında onlara münasibət bildirən, daim mətbuatda çıxış edən təcrübəli qələm sahibi, bu kitabında öz ömür yoluna nəzər salaraq, acılı-şirinli xatirələr fonunda dövrünün ictimai-siyasi proseslərini, onun doğurduğu nəticələri təhlil edib, bir nəslin, ailənin faciəsi, ümidləri və uğurları timsalında zamanın mənzərəsini yaratmağa çalışıb.