İnternet və müəlliflik hüququ: maraqların toqquşması və kompromisin axtarışı
Müəllif | Kamran İmanov |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | Kompyuter elmləri |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Kamran İmanov. İnternet və müəlliflik hüququ: maraqların toqquşması və kompromisin axtarışı. Bakı, , 2018.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan-2020: Gələcəyə baxış" konsepsiyasında əqli mülkiyyət prioritet sahələrdən biri kimi qeyd edilir. Bu sənədin iqtisadi, informasiya texnologiyaları, təhsil, elm və qanunvericilik, habelə mədəni irs də daxil olmaqla 6 bölməsində müəllif hüquqları və əlaqəli hüquqlar sistemi qarşısında duran əsas məsələlər ifadə olunur. Xüsusilə də "İKT-nın inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi" adlı 6-cı bölmənin vacib məsələlərindən biri "İKT və əqli mülkiyyətin qarşılıqlı təsirini və əqli mülkiyyət hüquqları ilə qorunan bir çox obyektlərin qlobal rəqəmsal şəbəkəyə miqrasiyasını nəzərə alaraq, onlayn lisenziyalaşdırma və onestop-shops formatda xidmətlərin göstərilməsi əsasında rəqəmsal hüquqların idarə edilməsi sistemi yaradılacaq" kimi ifadə olunub.
Müəllif hüquqları və İnternetin qarşılıqlı əlaqələri sahəsində bu konsepsiyasının necə həyata keçirilməsi ilə bağlı biz Müəllif Hüquqları Dövlət Agentliyinin sədri, tanınmış beynəl-xalq ekspert, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Müəllif Hüquqlarına dair Müqaviləsinin Assambleyasının sədri, professor Kamran İmanova müraciət etdik.