Aşıq dastanları, III cild
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2025 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | “Zәrdabi nәşr” MMC |
Nəşr yeri | Bakı |
. Aşıq dastanları, III cild. Bakı, “Zәrdabi nәşr” MMC, 2025.
Aşıq dastanları çoxcildliyinin üçüncü cildi Azәrbaycan Aşıqlar Birliyi vә Azәrbaycan Televiziyası Mәdәniyyәt kanalının birgә layihәsi olan “Saz-söz mәclisi” (tarixәn “Saz-söz axşamı”) verilişindә 2022-2024-cü illәr arasında canlandırılan dastanların seçmә örnәklәri әsasında hazırlanmışdır. Ustad aşıqların vә yeni nәsil ifaçıların repertuarından video yazıya alınan dastanları vә dastan-rәvayәtlәri çevrәlәyәn bu cild özündәn әvvәlki cildlәr kimi, kәnar müdaxilәlәrdәn uzaq olmaqla yanaşı, dastançıların tәhkiyә tәrzini, elәcә dә dil-üslub özәlliklәrini qoruyan epik mәtnlәrdir. Bu mәtnlәr gәlәcәk elmi-obyektiv tәhlillәr üçün olduqca faydalıdır. Cilddәki mәtnlәr yeni nәsil aşıqlar, folklorçular, aşıqşünas vә musiqişünaslar üçün dәyәrli bir qaynaqdır.