Hidrogeologiya və Mühəndis geologiyası
Müəllif | Çingiz Cahangir oğlu Gülməmmədov, Vaqif Mirzəmehdi oğlu Kərimov, Cəfər Cəbrayil oğlu Şərifov |
---|---|
Nəşr olunduğu il | 2025 |
Elm sahəsi | Ekologiya |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Çingiz Cahangir oğlu Gülməmmədov, Vaqif Mirzəmehdi oğlu Kərimov, Cəfər Cəbrayil oğlu Şərifov. Hidrogeologiya və Mühəndis geologiyası. Bakı, , 2025.
Kitabda “Hidrogeologiya” və “Mühəndis geologiyası” fənləri haqqında – yaranma və inkişaf tarixləri, onların məqsədi, həll etdikləri məsələlər, təbiətdə suyun dövranı, süxurlarda suların mövcudluq növləri, yeraltı suların fiziki, kimyəvi, bioloji, mikrobioloji, radioaktiv xüsusiyyətləri və onların təyini üsulları, yeraltı suların rejimi, balansı, hidrogeoloji tədqiqat üsulları, yeraltı su yataqlarının tipləri, mineral, termal və sənaye suları, yeraltı suların ehtiyatları, resursları və onların hesablanması üsulları, texnogen proseslərin yeraltı sulara təsiri, qlobal iqlim dəyişmələrinin yeraltı sulara təsiri, ərazilərin hidrogeoloji rayonlaşdırılması, həmçinin yeraltı suların çirklənmə və tükənmə səbəbləri və qarşısının alınması tədbirləri, yeraltı sulardan kompleks və səmərəli istifadə olunması haqqında və s. materiallar verilmişdir.