GERIYƏ

Azərbaycan Miniatür sənəti

Müəllif A.Seyfullayeva, E.Ağayev
Nəşr olunduğu il 2022
Elm sahəsi Mədəniyyət
Nəşriyyat Zəngəzurda çap evi
Nəşr yeri Bakı

A.Seyfullayeva, E.Ağayev . Azərbaycan Miniatür sənəti. Bakı, Zəngəzurda çap evi, 2022.

Tariximizin qədimlərdən başlanan və bu günümüzə kimi davam edən müxtəlif tutumlu bədii ifadəsi zamanın axarında qərbi avropalılar tərəfindən müxtəlif adlarla cəmiyyətə təqdim olunub. Şərqli müsəlman tarixi baxışının nəticəsini də "miniatür sənəti" adı ilə dünyaya xristian alimləri təqdim ediblər. Etiraf edək ki, orta əsrlər Azərbaycan incəsənətinin beynəlxalq miqyasda xalqımızın həm də "tanınma nişanı"na çevrilməsi ilk növbədə həm də səhvən sənət növü kimi dəyərləndirilən miniatür adlanan fenomendən çox asılı olmuşdur. Başqa sözlə desək, estetik tutumu ilə reallıqda həm təsviri və həm də tətbiqi sənətimizin ən yaxşı nümunələrində yer almış cəlbedici və yaddaqalan mənəvi qaynaq kimi dəyərləndirilməsi onun bir üslub kimi xarakterizə etməklə, malik olduğu estetik prinsiplərin bir-birinə qovuşdurması ilə bağlı olmuşdur.