Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu
Müəllif | Lətif Babayev |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | İSBN |
Nəşr yeri | Bakı |
Lətif Babayev . Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu. Bakı, İSBN, 2018.
Kitabda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində və mövcud olduğu dövrdə ordu quruculuğu sahəsində görülmüş işlərdən, Hərbi Nazirliyin, hökumətin, parlamentin, digər dövlət orqanlarının bu istiqamətdə həyata keçirdikləri tədbirlərdən, Azərbaycan Silahlı Qüvvələrinin ölkənin etibarlı müdafiəsinin təşkili, yerlərdə hakimiyyət dayaqlarının möhkəmləndirilməsi, Qarabağda, Zəngəzurda və qərb sərhədlərində erməni təcavüzünün qarşısının
alınmasındakı fəaliyyətindən bəhs olunur. Cümhuriyyət ordusunun yaranmasında yaxından iştirak etmiş hərbi xadimlərimizin həyat və fəaliyyəti də silahlı qüvvələrin formalaşmasındakı iştirakları kontekstində kitabda əksini tapmışdır. Mövzunun, eləcə də, hərb tariximizdə danılmaz xidmətləri və yeri olan həmin şəxsiyyətlər barəsindəki məqalələrin işlənməsində tədqiq edilən dövrə aid zəngin arxiv və mətbu materiallardan, sənədlərdən, Cümhuriyyət ordusunda xidmət etmiş hərbçilərin memuarlarından, bu günədək aparılmış tədqiqatların nəticələrindən və s. mənbələrdən istifadə olunmuşdur.