Azərbaycanın sərhəd məsələləri (1918- 1920-ci illər)
Müəllif | Lətif Babayev |
---|---|
Nəşr olunduğu il | 2025 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | "İmza" nəşrlər evi |
Nəşr yeri | Bakı |
Lətif Babayev. Azərbaycanın sərhəd məsələləri (1918- 1920-ci illər). Bakı, "İmza" nəşrlər evi, 2025.
Kitabda Azərbaycan Xalq Cümhuriyyəti dövründə sərhədlərin müəyyənləşməsi, mühafizəsinin təşkili tarixi problemləri ilk dəfə olaraq kompleks şəkildə tədqiq olunur. Kitabda Azərbaycanın ilk demokratik dövləti tərəfindən sərhəd mühafizəsi sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi, hökumətin və parlamentin sərhəd mühafizə qüvvələrinin formalaşdırılması, sərhədlərlə bağlı mübahisəli məsələlərin həlli istiqamətindəki fəaliyyətləri, siyasi partiya və parlament fraksiyalarının bu problemlərə münasibəti və sair kimi məsələlər araşdırılır. Müəllif sərhədlərin müəyyənləşməsi, mühafizəsinin təşkili ilə yanaşı, mübahisəli ərazi-sərhəd məsələlərini əhatə edən bir çox vacib, tarixi və dövlət əhəmiyyətli məsələləri də tədqiqat obyektinə çevirmişdir. Kitab AXC dövrü ilə bağlı araşdırmalar aparan tədqiqatçılar, müasir dövrdə sərhədlərin mühafizəsi ilə məşğul olan mütəxəssislər, hərbçilər üçün faydalı ola, ali hərbi məktəblərdə, xüsus ilə Dövlət Sərhəd Xidməti Akademiyasının sərhəd fakültəsində tədrisdə istifadə edilə bilər.