GERIYƏ

Seçilmiş əsərləri

Müəllif Məstan Günər
Nəşr olunduğu il 2016
Elm sahəsi Ədəbiyyat və dilçilik
Nəşriyyat Şərq-Qərb
Nəşr yeri Bakı

Məstan Günər. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2016.

Dövlət mükafatı laureatı Məstan Günərin "Seçilmiş əsərləri"nin ikinci cildində məhəbbət lirikası mühüm yer tutur. Kitab bütövlkdə qoşmalardan ibarətdir. Müəllifin bundan əvvəlki "Qoşmalar" kitabı ilə bu toplu arasında fərqli cəhətlər çoxdur. Buraya yeni şeirlər daxil olunmuş və əvvəlki nəşrin bəzi xətaları təmizlənmişdir. Müəllif məhəbbətin ülviliyi, fərəhləri, insanın insan, dünyanın dünya olmasındakı əhəmiyyəti ilə yanaşı eşqin iztirablarını, faciələrini, könül ağrılarını, yaranmışların qurtula bilmədiyi vəfasızlığı da əhatə edir və bunları sevginin müqəddəsliyindən doğan bəşəri və təbii bəlalar kimi xarakterizə eləyir. Geniş mənada məhəbbət milli sərvət kimi, eşqin əbədiyyəti kimi əsas götürülür. Qadının yaraşığı, mənəvi qüdrəti və ziddiyyətləri əks olunur.