İran səfərnamələr
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2012 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
. İran səfərnamələr. Bakı, , 2012.
Tarix elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Məcməüş-şüəra” ədəbi məclisinin sədri Şahin Fazil öz şairanə müşahidə qabiliyyətini dəfələrlə sınaqdan çıxararaq, bu vaxtadək səfərə yollandığı onlarla ölkə haqqında səfərnamələr yazmış, müxtəlif poetik janr və vəznlərdə qələmə aldığı yüzlərlə səfər şeirlərinin müəllifi kimi tanınmışdır. 2003-cü ildə çapdan çıxan “İran səfərnamələri” kitabından sonra (cəmi 9 səfərnamə) daha 12 dəfə İranda olmuş, orada keçirilən müxtəlif elmi və poetik məclislərdə alim və şair kimi iştirak etmiş, səfərnamələrin sayını daha da artırmışdır. İranı dəfələrlə şairanə və elmi seyr obyektinə çevirən Şahin Fazil çoxları kimi adi bir seyrçi olmamış, bu qədim dövlətçilik və mədəniyyət diyarının tarixini dərindən öyrənmiş, nəticədə böyük həcmli yeni bir səfərnamə kitabının müəllifi olmuşdur.