Azərbaycan mühacirət mətbuatı
Müəllif | Tahirli Abid |
---|---|
Nəşr olunduğu il | 2003 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | Ozan |
Nəşr yeri | Bakı |
Tahirli Abid. Azərbaycan mühacirət mətbuatı. Bakı, Ozan, 2003.
Filologiya elmləri namizədi Abid Tahirlinin "Azərbaycan mühacirət mətbuatı" kitabının birinci hissəsində (Bakı, "QAPP-poliqraf", 2002) "Yeni Qafqasya", "Odlu yurd", "Azərbaycan yurd bilgisi" (İstanbul), "Azərbaycan" (Paris), "İstiqlal", "Qurtuluş" (Berlin), "Azərbaycan" (Ankara) nəşrlərindən bəhs edilmişdir. Təqdim olunan II hissədə mühacirət mətbuatında Qafqaz birliyi mövzusu ilə əlaqədar "Promotey" (Paris), "Qafqaz almanaxı" (Istanbul), "Qafqasya" (Münhen), "Birləşik Qafqasya" (Münhen), "Azərbaycan" (Münhen), "Azərbaycan" (Ankara), "Türk izi" (Ankara), "Türk yolu" (İstanbul), "Türk amacı" (İstanbul), "Ankara" adlı nəşrlərdən, habelə "Azəri türk" (İstanbul), "Ana dili" (Bonn), "Aydınlıq" (London), "Azər" (Berlin) kimi qəzet və jurnallardan ətraflı söhbət açılmışdır