GERIYƏ

İmam Hüseyn Aşiqi Füzuli

Müəllif Vərağa Almasov
Nəşr olunduğu il 2016
Elm sahəsi Din
Nəşriyyat
Nəşr yeri Bakı

Vərağa Almasov. İmam Hüseyn Aşiqi Füzuli. Bakı, , 2016.

"Füzuli Leyli-Məcnun"unun mahiyyəti", "Peyğəmbər aşiqi Füzuli" və "Həzrəti Əli aşiqi Füzuli" monoqrafiyalarından sonra işıq üzü görən bu kitab Vərağa Almasovun qan ağlayan Füzuli qələminin harayına səs verən, göz yaşları ilə suvardığı al-əlvan bir söz-sənət bağçasıdır. Zəngin faktoloji bilgilərə söykənən və dərin filoloji təhlil üzərində qurulan bu monoqrafik tədqiqat son illərin özünün elmi-nəzəri çəkisi ilə seçilən sanballı füzulişünaslıq araşdırmaları sırasında öncül yer tutmağa layiqdir. Müəllif uzun illər apardığı axtarışları yüksək nəzəri və elmi-kütləvi üslubların vəhdətində səmimi bir imamhüseynsevər və füzulisevər kimi qələmə almağı bacardığından kitab bu gün hər baxımdan böyük ehtiyac duyduğumuz mənəvi kamillik və saf bəndəlik zirvəsi olan Kərbəla şəhidlərinin əziz xatirəsinə alqış, pak ruhuna dua kimi səslənməkdə, amansız yağıların çəkmələri altında inim-inim inləyən ata-ana məzarlarımızı biryolluq əzəli-əbədi dincliyə qovuşdurmaq üçün vətən oğullarını vahid amal və məslək uğrunda səfərbər etməkdədir. Kütləvi səciyyə daşımasına baxmayaraq, monoqrafiya ictimai və humanitar elm sahələri üzrə bütün mütəxəssislər və ali məktəblərin çoxsaylı müəllim və tələbə heyəti üçün önəmli və dəyərli bir qaynaqdır.