Cənubi Azərbaycan ədəbiyyatı araşdırma mərkəzi
Müəllif | Lətifə Mirzəyeva |
---|---|
Nəşr olunduğu il | 2017 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | NURLAR |
Nəşr yeri | Bakı |
Lətifə Mirzəyeva. Cənubi Azərbaycan ədəbiyyatı araşdırma mərkəzi . Bakı, NURLAR, 2017.
Oxuculara təqdim edilən bu kitabda Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin yarandığı ilk gündən (1976) keçən 40 il ərzində şöbənin fəaliy-yəti barədə dolğun təsəvvür yaradılmışdır. Kitabın dəyəri yalnız bunda deyil, həm də şöbənin qısa zaman kəsiyində bir elm mərkəzinə çevrilmə-sində Cənubi Azərbaycan şifahi və yazılı ədəbiyyatının, ədəbi-tənqidi fikrinin ilk dəfə geniş miqyasda öyrənilməsini, nəşrini və təbliğini hə-yata keçirməsində, bu mövzuya ictimai maraq oyatmasında, həmçinin mütəfəkkir alim və yazıçı Mirzə İbrahimovun ədəbi məktəb yaratması barədə ilk dolğun məlumat verməsindədir.
Cənubi Azərbaycan ədəbiyyatı ilə maraqlanan oxucular üçün qiy-mətli hədiyyə olan bu kitab milli ədəbiyyat tarixini öyrənən tədqiqatçı alimlərin mötəbər bələdçisi olacaqdır