GERIYƏ

Kosmos: insan kainata can atir

Müəllif Tofiq Süleymanov
Nəşr olunduğu il 2002
Elm sahəsi Ensklopediya, sorğu kitabları
Nəşriyyat Ayna mətbu evi
Nəşr yeri Bakı

Tofiq Süleymanov. Kosmos: insan kainata can atir. Bakı, Ayna mətbu evi, 2002.

Insanlar tarix boyu qazandıqian nailiyyətlərə görə arzularına, xəyallarına borcludurlar. Arzu, xəyal tükənməz bir enerji kimi insanları daim axtarışlara yönəldir və özümüz də daxil olmaqla dünyanın sirlərini açmaqçün bizə qida verir. Uzağa getmək lazım deyil, əcdadianmızın yaratdıqları nağılları xatırlasaq, kifayətdir. Belə ki, insanlar arzu və istəklərini, xəyall dünyalarını öncə nağıllar vasitəsilə ifadə etmiş, daha sonra əsrlər boyu həmin xəyali dünyalarını gerçəkləşdirməyə can atmışlar. Bir zamanlar biz yalnız xəyallarımızda qısa bir vaxt ərzində xalçalar üstündə bir məmləkətdən başqa bir məmləkətə uçmuşuq. Sonralar təyya rələr icad edib bu arzumuza çatmışıq. Yaxud yenə həmin nağıllarda biz mifik quşların qanadında yaşadığımız real dünyadan "göyün yeddinci qatı"na uçardıqsa, möcüzələr dünya-sına gedib çıxardıqsa, bu arzumuz da bu gün artıq, demək olar ki, qismən gerçəkləşmişdir. Müasir İnsan bu gün özünün yaratdığı kosmik gəmilərdə Yerin cazibəsindən qurtulub kosmosa "göyün yeddinci qatı"na çıxır, aylarla dünyamızın başına fırlanır. Bu hələ harasıdır, müasir Insan artıq Aya uçur, Ayın üstündə gəzir. Qədim insan bunu yalnız yuxusunda gö-rə bilər, xəyalında edə bilərdi.