İncəsənət bəşəriyyətin misilsiz sərvəti
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2004 |
Elm sahəsi | Ensklopediya, sorğu kitabları |
Nəşriyyat | Ayna Mətbu Evi |
Nəşr yeri | Bakı |
. İncəsənət bəşəriyyətin misilsiz sərvəti. Bakı, Ayna Mətbu Evi, 2004.
Sənin hər gün oxuduğun dərsliklər elmi biliklər xəzinəsinin açarlarıdır. Sən bu açarların köməyi ilə həmin xəzinənin ayrı-ayrı otaqlarına daxil olur, müxtəlif biliklərə yiyələnirsən. Amma hər bir elm elə bir dəryadır ki, onun dərinliklərinə nə qə dər baş vurursansa, dibi görünmür, əksinə, yeni-yeni suallar meydana çıxır, sən də onlara cavab axtarırsan. Bu sualların cavabları isə yenə kitablardadır - başqa kitablarda. Bax elə nəşriyyatımız da sənin dünyanı öyrənmək cəhdini, geniş maraq dairəni nəzərə alaraq 1997-2003-cü illərdə EksonMobil şirkətinin maliyyə yardımı ilə 18 kitabdan ibarət "Ayna uşaq ensiklopediyası" hazırlayıb nəşr etmişdi. Lakin ümumi rəyə görə, uğurlu alınmış bu seriya kiçik tirajla buraxıldığından ölkə məktəblilə-rinin tələbatını ödəməmişdi. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu kəsiri aradan qaldırmaq üçün "Təhsil Sektorunun İnkişafı Layihəsi" çərçivəsində "Ayna uşaq ensiklopediyası"nı mütəxəssislərin tövsiyələri əsasında daha kamil şəkildə böyük tirajla yenidən nəşr etdirmiş və məktəb kitabxanalarına pulsuz paylamışdır.
Gane dost! Bu ensiklopediyanın hər cildi bir mövzuya həsr olunub; istədiyini seç, oxu. Əlbəttə, hamısını oxumaq daha yaxşı olardı. Sizin məktəbin kitabxanasında bütün cildlər var. Onların adları isə əlində tutduğun kitabın arxasında yazılıb. Sənə maraqlı mütaliə və təhsildə uğurlar arzulayırıq.