Cənubi Azərbaycanda ədəbi dilimizin dünəni və bu günü.
Müəllif | Xudiyev Nizami Mənaf oğlu |
---|---|
Nəşr olunduğu il | 2012 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | Elm və Təhsil |
Nəşr yeri | Bakı |
Xudiyev Nizami Mənaf oğlu. Cənubi Azərbaycanda ədəbi dilimizin dünəni və bu günü. . Bakı, Elm və Təhsil, 2012.
Kitab az öyrənilmiş, tədqiqinə ciddi ehtiyac olan mühüm bir məsə-ləyə-Cənubi Azərbaycanda ədəbi dilimizin inkişaf problemlərinə həsr edilmişdir. Kitabın I fəslində Cənubi Azərbaycanda ədəbi-bidii dilimi-zin ümumi inkişaf mənzərəsinə nəzər salınır, bu vacib məsələ elmi-tari-xi baxımdan şərh olunur. II fəsildə Cənubi Azərbaycanda ədəbi şəx-siyyətlər və bədii dil problemi qoyulur. Müəllif bir sıra ədəbi şəxsiyy-ətlərin yaradıcılığı əsasında Güney Azərbaycanda ədəbi dilimizin panoramını aydınlaşdırır, bu şəxsiyyətlərin deyilən problemin həllin-dəki xidmətlərini üzə çıxarır.
Kitabdan istər dilçi, istərsə də ədəbiyatşünas alimlər, magistrlər, tələbələr, habelə Cənubi Azərbaycanda ədəbi dilimizin ümumi mənzərəsi ilə tanış olmaq istəyən ictimaiyyətin nümayəndələri istifadə edə bilərlər.