GERIYƏ

İlahi komediya

Müəllif Aligyeri Dante
Nəşr olunduğu il 2004
Elm sahəsi Ədəbiyyat və dilçilik
Nəşriyyat "Öndər nəşriyyat
Nəşr yeri Bakı

Aligyeri Dante. İlahi komediya. Bakı, "Öndər nəşriyyat, 2004.

Homer qədim yunan ədəbiyyatı, Nizami orta əsr Azərbaycan poeziyası, Şekspir İntibah dövrü ingilis ədəbiyyatı, Puşkin rus ədəbiyyatı üçün necə bir simadırsa, Dante də İtaliya ədəbiyyatı üçün elə böyük bir simadır. İtalyan ədəbi dilinin banisi olan böyük şairin yaradıcılığı Avropa ədəbiyyatının inkişafına güclü təsir göstərmişdir. "İlahi komediya" Dante yaradıcılığının zirvəsi sayılır. "Röya" forma-sında yazılmış əsərdə dini təsəvvürlərə görə üç hissədən ("Cəhənnəm", "Əraf (Təmizlik)", "Connot") ibarət axirət dünyasına səyahət təsvir edilir. Məcazi, rəmzi ifadə tərzi poemanın bütün cəhətlərində özünü büruzə verir. Xristianlığın əsas müqəddəs ehkamı üqnum ilə əlaqədar 3 rəqəmi və onun müxtəlif hasilləri əsərin quruluşuna, məzmununa ciddi nüfuz etmişdir.