Şahmat qaydaları ilə qətl
Müəllif | Elbrus Kəlbiyev |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Apostrof -a Nəşriyyatı |
Nəşr yeri | Bakı |
Elbrus Kəlbiyev. Şahmat qaydaları ilə qətl. Bakı, Apostrof -a Nəşriyyatı, 2019.
Bacarıqlı hüquqşünas İlyas Ocaqov bu dəfə ucqar bir kənddə baş vermiş naməlum şəxsin qətlini araşdırmağa başlayır. Qatil çox ağıllı və hiyləgərdir. Lakin əsl detektivlər həmişə ipucu tapa bilirlər. Bu qətldə də mərhumun əlinə qoyulmuş qəzet parçası prokuror Ocaqovu digər qətl hadisələrinə aparır, lakin o və hüquqşünas dostları dəfələrlə məğlubiyyətə uğrayırlar. Hətta bu işin istintaqı üçün Bakıdan başqa bir hüquqşünas göndərilir. Qatilin "tülkü" ləqəbli bir şahmatçı olduğunu aşkar edən Ocaqov həqiqi qatili üzə çıxarmaq üçün başqa bir cinayətkarla görüşüb "sövdələşmə"yə, məşhur şahmatçı ilə görüşüb məsləhətləşməyə, şahmat qaydalarını və Kapablankanın fikirlərini öyrənməyə də razı olur. Nəhayət, Kapablanka onu qatillə üzbəüzə gətirib çıxarır.