Azıx
Müəllif | Elçin Hüseynbəyli |
---|---|
Nəşr olunduğu il | 2014 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Qələm nəşriyyatı |
Nəşr yeri | Bakı |
Elçin Hüseynbəyli. Azıx. Bakı, Qələm nəşriyyatı, 2014.
Romanda Amerikada təhsil almış klonlaşdırma üzrə alim İmranbəyin azıxantropu diriltmək cəhdlərindən bəhs edilir. Bunun üçün o, azıxantropun alt çənə sümüyündən istifadə edir və hominidin yaddaşına girir. Əsərdə Azıxla bağlı əfsanə də paralel xətt kimi verilir. Yazıçı İmranbəyin timsalında ifrat millətçiliyə və anlaşılmaz vətənpərvərliyə ironiya ilə yanaşır.