GERIYƏ

XVIII yüzillik XIX yüzilliyin əvvəllərində Osmanlı-Azərbaycan münasibətləri: monoqrafiya

Müəllif Mustafazadə Tofiq
Nəşr olunduğu il 2002
Elm sahəsi Siyasət. Siyasi elmlər
Nəşriyyat Elm
Nəşr yeri Bakı

Mustafazadə Tofiq. XVIII yüzillik XIX yüzilliyin əvvəllərində Osmanlı-Azərbaycan münasibətləri: monoqrafiya. Bakı, Elm, 2002.

Monoqrafiya Osmanlı-Azərbaycan münasibətləri tarixinin XVIII yüzillik - XIX yüzilliyin əvvəlləri dövrünü işıqlandıran, müəllifin həm Rusiya, həm də Türkiyə arxivlərində uzunmüddətli axtarışlar nəticəsində aşkar edib sistemləşdirdiyi qiymətli fakt və materialların tədqiqinə həsr olunmuşdur. Kitabda Osmanlı imperiyasının Azərbaycanla bağlı siyasətinin mahiyyəti açılmış, qarşılıqlı münasibətlərdəki mərhələlər müəyyənləşdirilmiş, onların ozamankı düşmənə -çar Rusiyası və onun əlaltısı Kartli-Kaxeti çarlığına qarşı öz qüvvələrini birləşdirmək cəhdləri, Azərbaycan dövlət qurumlarının Osmanlı-Rusiya qarşıdurmasında rolu və təsiri araşdırılmışdır. Nəşr tarixçi tədqiqatçılar, tələbələr və müəllimlər üçün nəzərdə tutulmuşdur, Vətən tarixini öyrənən geniş oxucu kütləsi üçün də faydalıdır.