GERIYƏ

Azərbaycan generalları

Müəllif Şəmistan Nəzirli
Nəşr olunduğu il 1991
Elm sahəsi Hərbi iş
Nəşriyyat Gənclik
Nəşr yeri Bakı

Şəmistan Nəzirli . Azərbaycan generalları. Bakı, Gənclik , 1991.

Yazıçı-jurnalist Şəmistan Nəzirlinin oxuculara təqdim olunan "Azərbaycan generalları" kitabı uzun illər aparılan axtarışların və gərgin zəhmətin bəhrəsidir. Tarixi sənədlərin şahidliyi ilə yazılan bu əsərdə indiyədək adı heç yerdə çəkilməyən inqilabdan əvvəlki general oğullarımızın əvəzsiz xidmətləri qələmə alınıb. Kitabda ilk dəfə ötən əsrdə döyüşkənliyi ilə ad-san qazanmış Kəngərli, Qazax, Gəncə, Qarabağ və Borçalı süvari alaylarının, həmçinin Sovet dövründə fəaliyyət göstərən azərbaycanlı generalların qəhrəmanlığından söhbət açılır. Azərbaycan Demokratik Hökumətinin hərb tarixinə parlaq səhifələr yazmış S.Mehmandarovun, Ə.Şıxlinskinin, İ.Vəkilovun, I.Usubovun misilsiz xidmətlərindən bəhs olunur.