Tarixin qara səhifələri (Deportasiya, soyqırım, qaçqınlıq)
Müəllif | Vaqif Arzumanlı, Nazim Mustafa |
---|---|
Nəşr olunduğu il | 1998 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Qartal |
Nəşr yeri | Bakı |
Vaqif Arzumanlı, Nazim Mustafa. Tarixin qara səhifələri (Deportasiya, soyqırım, qaçqınlıq). Bakı, Qartal , 1998.
Azərbaycan xalqı təxminən 200 ildir ki, öz tarixi-etnik torpaqlarından didərgin salınır. Düşünülmüş və planlı şəkildə həyata keçirilən bu məkrli siyasət kütləvi deportasiya və soyqırımı ilə müşaiyət olunmuşdur. Nəticədə minlərlə, milyonlarla soydaşımız tarixi torpaqlarından qovulmuşlar. Təəssüf ki, uzun müddət taleyüklü bu məsələlərə biganə qalınmış, laqeyd münasibət göstərilmişdir. Son dövrdə baş verən ictimai-siyasi hadisələrlə əlaqədar xalqımıza qarşı törədilən cinayətlərin öyrənilməsinə imkan və şərait yaranmışdır. Bu mənada mövcud monoqrafiya tariximizin bir sıra qaranlıq səhifələrinin öyrənilib üzə çıxarılmasında atılan ilk addımlardan hesab oluna bilər.