GERIYƏ

Fətəli Xan Xoyski. Həyat və fəaliyyəti (sənəd və materiallar)

Müəllif
Nəşr olunduğu il 1998
Elm sahəsi Elm və təhsil
Nəşriyyat "Azərbaycan" nəşriyyatı
Nəşr yeri Bakı

. Fətəli Xan Xoyski. Həyat və fəaliyyəti (sənəd və materiallar). Bakı, "Azərbaycan" nəşriyyatı, 1998.

Diqqətinizə təqdim olunan bu çoxcildli sənədlər toplusu Azərbaycan Xalq Cumhuriyyətinin 80 illiyinin keçirilməsi üçün Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 30 yanvar 1998-ci il tarixli sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının qərarı ilə çap olunmuşdur. Müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublika qurmaq prinsipini qarşısına məqsəd qoymuş Azərbaycan Xalq Cumhuriyyətinin (1918-1920) dövlət quruculuğu, xarici siyasət, ordu quruculuğu və başqa sahələrdə gördüyü işlər, qanunvericilik fəaliyyəti sənədlər toplusunda öz geniş əksini tapmışdır. Buradakı arxiv sənədləri və materialların böyük əksəriyyəti ilk dəfədir ki, çap olunur. Çoxcildli sənədlər toplusu elmi işçilər, tədqiqatçılar, ictimai elmlər üzrə mütəxəssislər, ali məktəb müəllimləri, aspirant və tələbələr, habelə Azərbaycan tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.