GERIYƏ

Ədəbiyyatımızda Rəsul Rza əzəməti

Müəllif Könül Səmədzadə
Nəşr olunduğu il 2020
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat
Nəşr yeri Bakı

Könül Səmədzadə. Ədəbiyyatımızda Rəsul Rza əzəməti. Bakı, , 2020.

1910-cu il mayın 19-da Göyçayda, Mirzə İbrahim Məmmədxanlı və Məryəm xanımın ailəsində doğulan Rəsul Rza Azərbaycan ədəbiyyatına danılmaz yeniliklər gətirmiş, çağdaş şeirimizdə tamamilə yeni bir yol açmış və bu yolla ömrünün sonuna qədər ardıcıl addımlamış şairdir. Rəsul Rza həm də yalnız doğuluş və ölüm tarixinə, yaradıcılıq illərinə görə deyil, sənətçi varlığının bütün mahiyyəti etibarilə XX əsr şairidir.