Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədov
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 1975 |
Elm sahəsi | Hərbi iş |
Nəşriyyat | Gənclik |
Nəşr yeri | Bakı |
. Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədov. Bakı, Gənclik, 1975.
Yəqin bir çoxlarının Şahsevən kəndi və onun adamları haqqında eşitmisiniz. Gəray Lətif oğlu Əsədov 1923-cü ildə bu kənddə anadan olmuşdur. Lətif kişi bu şad xəbəri yaylaqda eşitmiş, illərdən bəri köksündə gəzdirdiyi arzunun yerinə yetirdiyini görüb, ürəkdən sevinmişdi. Şahsevənin geniş çölləri, təpələri, Əsgər arxının, Araz çayının qırağı kənd uşaqlarının oylağı idi. Gərayın da uşaqlıq illəri buralarda keçmişdi. O, bir dəstə yaşıdları ilə quzu otarar,çayda çimər və maraqlı oyunlardan yorulmazdı. Hələ uşaqlıqdan öz çevikliyi ilə yaşıdlarından seçilən Gəray çox vaxt oyunların qalibi olardı. O, məktəbin nümunəvi şa girdlərindən idi. İctimai illərdə fəal iştirak etdiyinə görə müəllimləri Gəraya qəzet və jurnalları oxutdururdu. O oxuduqlarını uşaqlar üçün də izah edirdi. Bir gün kənddə hamı Gəray və onun yoldaşlarından danışırdı. Yeddinci sinfi bitirən Gəray Lenin adına kolxozun zəmilərində işləyəndə “Təpəyanı”daalışan taxılı dostları ilə söndürmüşdü. Taxılçılar onların boynunu qucaqlayıb üzlərindən öpmüşdülər. Gəray üzv olduğu Lenin komsomolunun adını doğrultduğuna sevinmişdi