Xeyal Cığırı - Cild 1
Müəllif | Tofiq Hüseynzadə |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Zərdabi LTD» MMC |
Nəşr yeri | Bakı |
Tofiq Hüseynzadə. Xeyal Cığırı - Cild 1. Bakı, Zərdabi LTD» MMC, 2018.
Göyçə mahalından olan Miskin Abdalın (Hüseyn Məhəmməd oğlunun) «Şadmanlı» oğul nəslinin layiqli nümayəndəsi, 1946-2006-cı illərdə yaşamış istedadlı şair, jurnalist, pedaqoq və tədqiqatçı-folklorşünas Tofiq Məhəmməd oğlu Hüseynzadənin böyük və zəngin şeriyyət dünyası – sağlığında nəşr olunmuş, həmçinin əlyazma şəklində olan şeirləri, hekayələri, hikmətli kəlamları və ulu babası Hüseyn Məhəmməd oğlunun daşıdığı – ən yüksək ilahi-ruhani təsəvvüf məqam və dərəcələrini simvolizə edən «Miskin» və «Abdal» anlayışlarının, ədəbiyyatımızda ilk dəfə əsaslandırılmış elmi izahına həsr edilmiş çox dəyərli elmi-tədqiqat əsəri olan «Miskin Abdal – Qeyb Ərəni, Təsəvvüf Piri» əsəri toplanılmışdır