GERIYƏ

Erməni iddialarının "Sovet dövrü"

Müəllif
Nəşr olunduğu il 2009
Elm sahəsi Siyasət. Siyasi elmlər
Nəşriyyat
Nəşr yeri Bakı

. Erməni iddialarının "Sovet dövrü". Bakı, , 2009.

Cənubi Qafqazın yenidən Rusiyanın nəzarəti altına qayıtması regionda siyasi vəziyyəti dəyişdirdi. Yeni şərait aldadıcı ad altında Rusiya imperiyasının bərpa olunması, müstəqillik atributlarının aradan qaldırılması ilə səciyyələnirdi. Moskva rəhbərliyi Cənubi Qafqaz respublikalarını formal muxtariyyət hüququ ilə imperiyanın tərkibinə daxil edirdi. Bu şəraitdə "müttəfiq respublikalar" üçün daha çox ərazinin faktiki nəzarətdə saxlanılması mühüm əhəmiyyət kəsb edirdi. Rusiya Cənubi Qafqazda xristian Ermənistan və Gürcüstanın daha çox ərazilərə nəzarət etməsində, həmin ərazilərin erməniləşdirilməsi və gürcüləşdirilməsində maraqlı idi. Ona görə də Rusiya regionda möhkəmləndikdən sonra Azərbaycan-Ermənistan və Azərbaycan-Gürcüstan arasındakı "mübahisəli ərazilər" deyilən məsələləri dərhal ikincilərin xeyrinə həll etdi