GERIYƏ

Azərbayсan Xalq Cumhuriyyəti (1918-1920): Parlament (Stenoqrafik hesabatlar). I cild

Müəllif
Nəşr olunduğu il 1998
Elm sahəsi Tarix
Nəşriyyat "Azərbaycan" nəşriyyatı
Nəşr yeri Bakı

. Azərbayсan Xalq Cumhuriyyəti (1918-1920): Parlament (Stenoqrafik hesabatlar). I cild. Bakı, "Azərbaycan" nəşriyyatı, 1998.

Azərbaycan Xalq Cumhuriyyəti və onun parlamenti çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdi. Rusiyada 1917-ci ilin fevralında baş vermiş inqilab nəticəsində əsrlərlə ömür sürmüş mütləqiyyət quruluşu devrilir. Zaqafqaziyada Dövlət dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissariatı yaradılır. Zaqafqaziyadan Rusiyanın Müəssislər Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra onda iştirak edə bilməyən nümayəndələr 1918-ci il fevralın 14-də Tiflisdə toplaşırlar və Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradırlar. Azərbaycan nümayəndələrinin təkidilə Zaqafqaziya Seymi aprelin 9-da Zaqafqaziya Cumhuriyyətinin yaranması daxili və xarici siyasət sahəsində heç bir əsaslı yenilik həyata keçirə bilmir. Seymdə iştirak edən və müxtəlif millətlərdən olan nümayəndələr arasındakı daxili ziddiyyətlər və xarici orientasiya məsələlərindəki əksiliklər onların ümumi dil tapmasına imkan vermirdi.