Elçibəy (tarixi roman) II hissə
Müəllif | Mir Yəhya Yusifli |
---|---|
Nəşr olunduğu il | 2010 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Adiloğlu |
Nəşr yeri | Bakı |
Mir Yəhya Yusifli. Elçibəy (tarixi roman) II hissə. Bakı, Adiloğlu, 2010.
Artıq qatar Biləcəri stansiyasını ötüb Bakıya yaxınlaşırdı. Yuxudan duran sərnişinlər düşmək üçün yıryığış edirdilər. Əbülfəz də yuxudan durub əl-üzünü yumuş, saçını səliqə ilə daramış və başqaları kimi yır-yığış etmişdi. Pəncərənin önündə durub, çoxdan ayrıldığı doğma şəhərini diqqətlə nəzərdən keçirirdi.