Ermənistanın sovetləşdirilməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix - olduğu kimi (1920-1994-cü illər)
Müəllif | Qasımlı M.C |
---|---|
Nəşr olunduğu il | 2016 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Qasımlı M.C. Ermənistanın sovetləşdirilməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix - olduğu kimi (1920-1994-cü illər). Bakı, , 2016.
Monoqrafiyada Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, ABŞ, Böyük Britaniya və digər öl-kələrin arxiv materialları və sənədli mənbələri əsasında, sovetləşdirildikdən sonra Ermənistanın irəli sürdüyü əsassız ərazi iddiaları, Moskva və Kars konfranslarında ərazi məsələlərinin, Lozan konfransında "erməni məsələsi"nin həlli, sovet rəhbərliyinin erməniləri xarici ölkələrdən gətirərək yerləşdirməsi, süni surətdə Dağlıq Qarabağ Muxtar Vilayətini yaratması, İrəvanda Türkiyə nümayəndəliyinə hücum, 20-30-cu illərdə xarici ölkələrdən ermənilərin gətirilməsi, İkinci dünya müharibəsindən sonra Ermənistan SSR rəhbərliyinin Azərbaycandan DQMV-ni qopartmaq cəhdləri, Türkiyəyə qarşı ərazi iddialarının irəli sürülməsi, bunlar baş tutmadıqda isə xarici ölkələrdən ermənilərin Ermənistana gətirilməsi, gətirilənlərin yerləşdirilməsi üçün şərait olmadığından azərbaycanlıların tarixi torpaqlarından deportasiya edilməsi, onların hər cür şəraiti olan evlərinə və təsərrüfatlarına yerləşdirilmələri, 50-60-ci illərdə xarici ölkələrdəki erməni diasporasının və Ermənistan SSR rəhbərliyinin əsassız iddiaları və fəaliyyətləri, 70-80-ci illərdə erməni terror təşkilatlarının törətdikləri terror aktları, Azərbaycan torpaqlarını ələ keçirtmə cəhdləri, Ermənistanın hərbi təcavüzünün başlanması, gedişi və Azərbaycan ərazi-lərinin işğalının nəticələri məsələləri araşdırılmışdır. Problemə beynəlxalq münasibətlər, böyük dövlətlərin siyasəti və regionda baş verən proseslər baxımından yanaşan müəllif maraqlı bir elmi baxış ortaya qoymuşdur