GERIYƏ

Cərrahiyyədə tibb bacılığı (dərslik)

Müəllif İqbal Qabil oğlu Əmənullayev, Şəlalə Qəzənfər qızı Əmənullayeva
Nəşr olunduğu il 2022
Elm sahəsi Tibb elmləri
Nəşriyyat Elm-təhsil”
Nəşr yeri Bakı

İqbal Qabil oğlu Əmənullayev, Şəlalə Qəzənfər qızı Əmənullayeva. Cərrahiyyədə tibb bacılığı (dərslik). Bakı, Elm-təhsil”, 2022.

İlk dəfə yazılmış hazırki dərslik Dövlət Təhsil Standartlarının tələblərinə cavab verib, Tibb kolleclərində tədris olunan “Cərrahiyyədə tibb baçılığı” fənninin proqramına uyğun şəkildə tərtib edilmişdir. 2021-ci ilə kimi bu fənn “Cərrahi xəstəliklər otorinolarinqologiyanın əsasları ilə” adı altında tədris olunurdu. Dərsliyə 5 bölmə - cərrahi fəaliyyətin elementləri, onun əsas istiqamətləri, qeyrioperativ cərrah texnika, cərrahi patologiyanın ümumi və xüsusi növləri daxil edilmişdir. Dərslikdə cərrahi xəstələrin müalicəsinin bütün mərhələlərində xəstəyə qulluq və nəzarət məsələlərinə böyük diqqət ayrılmışdır. Xəstənin kritik vəziyyətlərində həkimə qədərki və ilk tibbi yardımın metodları və prinsipləri təfərrüatı ilə şərh olunmuş, ən çox rast gəlinən müxtəlif patoloji vəziyyətlərdə lazım olan təxirəsalınmaz tibbi yardımın yerinə yetirilməsində, eləcədə, cərrahi xəstələrə qulluğun göstərilməsində mürəkkəb müalicə prosesinin daimi iştirakçısı olan tibb bacısının rolu nəzərə çarpacaq dərəcədə qeyd edilmiş və onun peşə vərdişləri toplanmışdır. Hər mövzunun sonunda tələbələrin biliklərini möhkəmləndirmək məqsədilə yoxlama sualları və situasiya məsələləri verilmişdir.