Azərbaycan Xalq Cümhuriyyətinin Xarici Siyasəti (1918 - 1920)
Müəllif | Cəmil Həsənli |
---|---|
Nəşr olunduğu il | 2009 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | "GARISMA" MMC |
Nəşr yeri | Bakı |
Cəmil Həsənli. Azərbaycan Xalq Cümhuriyyətinin Xarici Siyasəti (1918 - 1920). Bakı, "GARISMA" MMC, 2009.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin qərarı ilə "Azərbaycan Respublikasının diplomatiya tarixi" seriyasından hazırlanan birinci kitab
Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətini əhatə edir. Tarix elmləri doktoru, professor C.Həsənli tərəfindən yazılmış bu kitabda 1918-1920-ci illərdə
Azərbaycan diplomatiyasının keçdiyi çətin və maraqlı yol araşdırılmışdır. Müəllif Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Fransa, Böyük Britaniya və digər ölkələrin
çox nadir arxiv sənədlərinə əsasən Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin maraqlı mənzərəsini yarada bilmişdir. Kitabda istifadə edilən sənəd və
materialların bir çoxu ilk dəfə elmi dövriyyəyə gətirilmişdir. Azərbaycan Respublikasında diplomatik xidmətin yaranmasının 90 illiyi ilə bağlı hazırlanmış bu kitabda Azərbaycan Xalq Cümhuriyyətinin ilk xarici siyasət addımları, Bakının azad edilməsi uğrunda diplomatik mübarizə, qonşu dövlətlərlə münasibətlər, Paris Sülh konfransı tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması haqqında oxuculara geniş məlumat verilir.