GERIYƏ

Bölgələrdən səslər: cild 3

Müəllif Şəfa Vəli, Tural Adışirin, Əfsanə Ələsgərli, Nofəl Ümid
Nəşr olunduğu il 2017
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Dünya Gənc Türk Yazarlar Birliyi
Nəşr yeri Bakı

Şəfa Vəli, Tural Adışirin, Əfsanə Ələsgərli, Nofəl Ümid. Bölgələrdən səslər: cild 3. Bakı, Dünya Gənc Türk Yazarlar Birliyi, 2017.

Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) yarandığı gündən hər zaman Türk Dünyasının istedadlı gənc yazarlarının səsi olmağa çalışıb. Türk dünyası ədəbiyyatının önəmli ünvanı (hadisəsi) olan çağdaş Azərbaycan ədəbiyyatına nəzər saldıqda, son dövrlər yeni imzaların ədəbi ictimaiyyətə tanınmasında DGTYB-nin həyata keçirdiyi ədəbi layihələrin, poeziya görüşlərinin də rolunun danılmaz olduğunu görərik. Bu baxımdan da Birliyin həyata keçirdiyi layihələr, hazırlayıb ədəbi ictimaiyyətə təqdim etdiyi toplular neçə-neçə yeni parlaq imzanın geniş ədəbi meydana çıxmasında rol oynayıb, onların yaradıcılığına oxucu marağını yönəlməsində, ədəbi tənqidin, elmi münasibətin formalaşmasında önəm daşıyıb.