Kitabi-Dədə Qorqud ensiklopediyası
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2000 |
Elm sahəsi | Ensklopediya, sorğu kitabları |
Nəşriyyat | Yeni Nəşrlər Evi |
Nəşr yeri | Bakı |
. Kitabi-Dədə Qorqud ensiklopediyası. Bakı, Yeni Nəşrlər Evi , 2000.
Azərbaycan xalqı bütün bəşəriyyətlə birlikdə ikinci minilliyə qədəm qoyur. Əsr sona yetir. beləliklə də tarixin ikiminillik dövrü başa çatır. Biz yeni əsrin, yeni minilliyin astanasındayıq. Əsrlərin və minilliklərin qovuşduğu bir zamanda müstəqil Azərbaycan Respublikası möhtəşəm "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyini qeyd edir. Bu yubileylə bağlı gerçəkləşən tədbirlər içərisində "Kitabi-Dədə Qorqud" ensiklopediyasının nəşri müstəsna əhəmiyyət kəsb edən bir hadisədir. Mübaliğəsiz demək olar ki, onun böyük əhəmiyyəti təkcə ölkəmizin elmi, mədəni həyatı üçün deyil, həm də siyasi həyatı üçün danılmazdır