GERIYƏ

Fəzanın cazibəsi (Çağdaş Quzey Arxangelsk poeziyası)

Müəllif Olqa Korzova
Nəşr olunduğu il 2017
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Elm və təhsil
Nəşr yeri Bakı

Olqa Korzova. Fəzanın cazibəsi (Çağdaş Quzey Arxangelsk poeziyası). Bakı, Elm və təhsil, 2017.

Oxuculara təqdim etdiyimiz bu şeir toplusu kimi bir kitabı tərtib etmək heç də asan iş deyil. Ədəbi birliklər tez-tez belə toplular çap edir və onların birliklərin sayı Arxangelskdə az deyil, lakin tanınmış yazarlar öz qələm dostları ilə eyni kitabda, cəmi bir neçə şeirlə təqdim olunmaqdan o qədər də məmnun olmurlar. Bəlkə, bu kitablar heç lazım da deyil..? - Bununla belə, tərtibatçıların sayəsində, zənnimcə, yaxşı alınmış bu toplu, belə kitabların labüdlüyünü təsdiq etməyə imkan verir. Toplunu Arxangelsk çağdaş poeziyasının bələdçisi, bir növ, bu vilayətin hal-hazırda yaşayan və ədəbi həyatda fəal iştirak edən şairlərinin antologiyası hesab etmək olar. Burada oxucu Quzey Arxangelskin bugünkü parlaq və rəngarəng, öz müxtəlif çalarları ilə gözoxşayan poetik palitrası ilə tanış olmaq imkanı əldə edir. Arxangelskdə və vilayətin bir çox ellərində Rusiya Yazıçılar Birliyinin Arxangelsk bölməsi tərəfindən keçirilən ədəbi festivallar, poetik marafonlar, şeir gecələri poeziyasevərlərdə ədəbiyyata tələbatın olmasının təsdiqidir. Bu toplunun da böyük maraqla qarşılanacağına, Arxangelsk vilayətinin "poetik xəritəsi" üzrə səyahətə yardımçı olacağına ümid edirik.