Komikslər: mədəniyyətlə dünyanı dəyiş
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2017 |
Elm sahəsi | Mədəniyyət |
Nəşriyyat | Arts Council Azerbaijan |
Nəşr yeri | Bakı |
. Komikslər: mədəniyyətlə dünyanı dəyiş. Bakı, Arts Council Azerbaijan, 2017.
“Komikslər” adlı layihə 2017-ci ildə Arts Council Azərbaycan və Avropa İttifaqının Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramının əməkdaşlığı ilə həyata keçirilən “Mədəniyyətlə dünyanı dəyiş” kampaniyası çərçivəsində hazırlanmışdır. Layihə Azərbaycanda çalışan yaradıcı insanların problemlərini əks etdirir, daxili problemləri qabardaraq onları müzakirə edir, həlli üçün müxtəlif yolların tapılmasında köməklik edir və düzgün istiqamətləndirməyə çalışır. Yaradıcı insanlar ölkənin inkişafında böyük rol oynayır və onların problemlərinin ölkə mədəniyyətinə, incəsənətinə və iqtisadiyyatına böyük təsiri vardır. Yaradıcı insanlar hər bir ölkə mədəniyyətinin və iqtisadiyyatının ayrılmaz hissəsidir. Onlara qayğı ilə yanaşmaq, onlara dəstək olmaq çox vacibdir.