Mənim Bağdagül nənəm (Publisistik məqalələr, esselər, oçerk və hekayətlər)
Müəllif | Nurəddin Ədiloğlu |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | “OL” NPKT |
Nəşr yeri | Bakı |
Nurəddin Ədiloğlu. Mənim Bağdagül nənəm (Publisistik məqalələr, esselər, oçerk və hekayətlər). Bakı, “OL” NPKT, 2018.
Tanınmış yazıçı-publisist Nurəddin Ədiloğlu ölkənin qə ləm əhli arasında parlaq istedadı, fakt və hadisələrə fərqli yanaşmaları, peşə dəyərlərinə münasibəti, sözünün və xarakterinin bütövlüyü ilə seçilir. Zamanın nəbzini tutan, toplumun dərdlərinə işıq salan, yaradıcılığında müasir insanın düşüncə və qayğılarını gündəmə gətirməyi bacaran söz sahibidir. Müəllifin oxuculara təqdim etdiyi bu kitabında toplanmış bədii-sənədli hekayətləri yarıməsrlik bir dövrü əhatə edir. Həyatın özündən qaynaqlanan, el-obanın, torpağın dərdini, cəmiyyətin qayğı və problemlərini dürüst əks etdirən bu publisitik əsərlər yaxşı poeziya və nəsr nümunəsi kimi məyusluğa və ruh düşkünlüyünə qalib gəlməkdə oxucuya kömək edir.