GERIYƏ

Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması

Müəllif M.R.Abduyev
Nəşr olunduğu il 2012
Elm sahəsi Ekologiya
Nəşriyyat Elm
Nəşr yeri Bakı

M.R.Abduyev. Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması. Bakı, Elm, 2012.

340 min hektar sahəsi olan Mil düzünün keçmişi və indisi haqqında qısa təsəvvür belədir. Lakin bu, düzənliyin təbiəti haqqında tam anlayış yaratmır. Onun rəngarəng təbiətini hərtərəfli təsəvvür etmək, duymaq üçün hər şeydən əvvəl bu təbiətə can verən, onun əsasını təşkil edən düzənliyin torpaqlarını və bu torpaqlarda gedən bəzi proses və dəyişiklikləri bilmək lazımdır. Bu dəyişikliklərin yaranmasında ən fəal rol oynayan torpaqdakı duzlar, xüsusilə bu duzların suda asan həll ola bilən birləşmələri olduğundan həmin duzların torpaqda toplanmasına təsir edən səbəbləri, duzların torpaqda paylanma qanunauyğunluqlarını, bu duzların torpaqdan kənar edilməsi yollarını bilmək daha məqsədəuyğundur