Qərib gecələr
Müəllif | Rasim Gənzəli |
---|---|
Nəşr olunduğu il | 2016 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | "Vektor" Nəşrlər Evi |
Nəşr yeri | Bakı |
Rasim Gənzəli. Qərib gecələr. Bakı, "Vektor" Nəşrlər Evi, 2016.
Kəndin üstünü duman almışdı. Dumandan yuxarıda mələklər var idi. Mələklərdən bir az qəlbidə Allah oturmuşdu və qatı dumanın arasından kəndə baxırdı. Kəndin özündə, yan-yörəsində şeytanlar dolaşırdılar. Və adamlar bu dumanın içində nə şeytanları, nə mələkləri, nə də Allahı görürdülər. Hamı başını itirmişdi elə bil. Hər kəs o yana, bu yana qaçır, itmiş başını axtarırdı.