GERIYƏ

Əsərləri: cild 1

Müəllif Qəşəm Çıraqlı
Nəşr olunduğu il 2005
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Çinar-Çap nəşriyyatı
Nəşr yeri Bakı

Qəşəm Çıraqlı. Əsərləri: cild 1. Bakı, Çinar-Çap nəşriyyatı, 2005.

Əsəbi yorulmuş dünyamızın nə yaşı bilinir, nə də çəkdiyi müsibətlərin sayı. Bu dünyanın qədəmlərində ağır bir yorğunluq görünür. Dünyamızın insanları qayğılı, övladlarına qarşı məsuliyyəti isə azdır. İstək və arzu ilə yaşayanlar, xalqımızın tarixində yeni bir səhifə yaradan şəhidlər, top-tüfəng səsindən hələ də diksinməyənlər, vətən nisgilli yurddaşlarımız... Budur dünyamızın görünən tərəfləri. Yalan dünya, "gəlimli-gedimli, son ucu ölümlü dünya..." Budur ulularımızın dünya haqda fikirləri.