Yaralı qu quşları
Müəllif | Nurəddin Əbiloğlu |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | “OL” NPKT |
Nəşr yeri | Bakı |
Nurəddin Əbiloğlu. Yaralı qu quşları. Bakı, “OL” NPKT, 2018.
Nurəddin Ədiloğlunun yaradıcılığı ədəbi tənqidin. nəzərindən uzaq düşməyib. Nizaməddin Şəmsizadə, Rahid Ulusel, İsmayıl Vəliyev, Vaqif Yusifli kimi tənqidçi-ədəbiyyatşünaslar onun hekayə və povestləri haqqında maraqlı mülahizələr söyləyiblər. 60 illiyi ərəfəsində o, «Yaralı qu quşları nəsr kitabı ilə oxucuların görüşünə gəlir. Kitaba son illərdə yazdığı hekayələrlə yanaşı "Adəm və Həvva" povesti, "Şəhidlər anası" dramı da daxil edilib. Yeni hekayələrində təsvir olunan zaman və məkan məsələsi xüsusi əhəmiyyət kəsb edir. Müəllifin hekayələri təsvirlərin dəqiqliyi və dəqiq olduğu qədər də emosionallığı ilə diqqəti cəlb edir. Bu hekayələrdə hüzn də var, kədər də, baş tutmayan arzılardan doğan nigarançılıq da. Ancaq hamısında nikbinlik çalarları, işığa meyl duyulur. Kitabda toplanan əsərlər oxucuların, ədəbi ictimaiyyətin diqqətini cəlb edəcək.