Müasir alman dilində samit birləşmələri (eksperimental-fonetik tədqiqat)
Müəllif | Sədaqət Cumayeva |
---|---|
Nəşr olunduğu il | 2023 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | AMEA Nəsimi adına Dilçilik İnstitutu |
Nəşr yeri | Bakı |
Sədaqət Cumayeva. Müasir alman dilində samit birləşmələri (eksperimental-fonetik tədqiqat). Bakı, AMEA Nəsimi adına Dilçilik İnstitutu, 2023.
Monoqrafiya müasir alman dilində samit birləşmələrinin paradiqmatik və sintaqmatik planda eksperimental-fonetik tədqiqinə həsr olunur. Əsərdə müasir elmi-nəzəri ədəbiyyatda alman dilinin samit birləşmələrinin, indiyə qədər olduğu kimi, yalnız təkhecalı sözlər əsasında deyil, həm də çoxhecalı sözlərdə işlənmə tezliyi, onlarda samitlərin məruz qaldığı dəyişikliklər tədqiq edilir. Monoqrafiya dilçiliyin fonetika, fonologiya, morfolgiya, leksikologiya sahələri ilə maraqlanan mütəxəssislər, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur