Sənin baxışların
Müəllif | Gilə Bayramova |
---|---|
Nəşr olunduğu il | 2016 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | "Yazıçı" nəşriyyatı |
Nəşr yeri | Bakı |
Gilə Bayramova. Sənin baxışların. Bakı, "Yazıçı" nəşriyyatı, 2016.
İnsanlar gözəldir. Hər gözəl insanın qəlbinin öz musiqisi var... Bəlkə də, qəlbindəkini tərənnüm edə bilmir. Ancaq o bir başqa sahədə inkişaf edib. Ancaq yazılmış şeirləri oxuyanda deyir: "Bu ki, mənim həyatımdır." Axı bu sözlər, fikirlər mənə tanış gəlir. Sadəcə qələmə ala bilmir. Sən özündən bəhs edirsən, gördüyünü yazırsan. Onlarsa, diqqətlə oxuyub şeirin sonunu səbirsizliklə gözləyirlər. Şeirlər ürəyinin səsi, körpə fidan kimidir. Onları sevib-sevdirməlisən. Onların məhəbbəti saf duyğuları, insanları dindirməlidir. Şeirdə son özünü təmiz görürsənsə, demək ki, cəmi insanlığı təmiz görürsən. Qəlbinin odunu, ürəyini, isti nəfəsini qoyursan şeirə. Çünki sevilmək istəyirsən. Gözünü yumub gözəl bir əsəri dinlədiyin kimi, cuşa gəlib əlinə qələm alırsan. Çünki hansısa bir qüvvə sənin əlini, ayağını yerdən üzür, dilin, əllərin titriyir.