GERIYƏ

Mənim Rəfiqim Aprel: Şeirlər. Azərbaycan və Saxa (Yakut) türkcəsində

Müəllif Natalya Xarlampyva
Nəşr olunduğu il 2018
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Elm və təhsil
Nəşr yeri Bakı

Natalya Xarlampyva. Mənim Rəfiqim Aprel: Şeirlər. Azərbaycan və Saxa (Yakut) türkcəsində. Bakı, Elm və təhsil , 2018.

Kitab bir qabdır, şeirlər də bir içim su... Suyu içdikdən sonra qabını qırmadığımız kimi, şeirləri oxuyandan sonra da dəyərini vermək gərəkdir. Natalya Xarlampyevanın “Mənim rəfiqim aprel” adlı şeirlər toplusunu oxuduqca şairin könül bağçasına ən gözəl duyğu ortağı oldum. Şair nə qədər desə də ki, “Mən atəşəm! Məni anlamağa çalışmayın! Mənim ruhum alovun tüstüsü kimidir...” mən yenə də onu anladım. Bu bir həqiqətdir ki, poeziya tarix boyu bəzən siyasətlə iç-içə, bəzən siyasətin qarşısında, bəzən də öz məcrasında lirik duyğu axarında davam edib. Natalya xanımın şeirlərində tarixi köklərinə bağlılıq, türkçülüyü səciyyələndirən xüsusiyyətlər zamanın və məkanın sərt sərhədlərini qırıb keçir.