Mehmanxana təsərrüfatı: dərs vəsaiti
Müəllif | H.B.Soltanova, M.M.Ağakərimov, S.İ.Babazadə |
---|---|
Nəşr olunduğu il | 2005 |
Elm sahəsi | Elm və təhsil |
Nəşriyyat | Parni İz Baku |
Nəşr yeri | Bakı |
H.B.Soltanova, M.M.Ağakərimov, S.İ.Babazadə. Mehmanxana təsərrüfatı: dərs vəsaiti. Bakı, Parni İz Baku, 2005.
Dərs vəsaiti «Mehmanxana təsərrüfatı» kursunun əsas nəzəri və praktiki məsələlərini işıqlandınr. Kitab Mehmanxana təsərrüfatı haqqında Azərbaycan dilində yazılmış ilk vəsaitdir. Kitab 14 fəsildən, mehmanxana və turizm biznesinə aid Beynəlxalq sənədlər və Bakıda fəaliyyət göstərən bir sıra otellər haqqında qısa məlumatdan ibarətdir. Fəsillərdə mehmanxana müəssisələrinin yaranmasının qısa tarixi, dünya mehmanxana sənayesi və idarəetmə formalan, mehmanxana sənayesinin yaradıcıları və liderləri, mehmanxanaların təsnifat sistemi və tipləri, təşkilati və idarəetmə strukturları, mehmanxana tərkibində yemək və içmək müəssisələri və otelçilik biznesinə aid digər məsələlər haqqında geniş və əhatəli məlumat verilir. Dərs vəsaiti ali məktəblərdə «Mehmanxana təsərrüfatı» kursunu keçən bakalavr, magistr və aspirantlar, mehmanxana biznesi ilə maraqlananlar və otellərdə çalışan personal üçün nəzərdə tutulmuşdur.