GERIYƏ

Qəbələnin orta əsr keramikası (XI-XIII əsrlər)

Müəllif Əfqan Qasımzadə
Nəşr olunduğu il 2025
Elm sahəsi Tarix
Nəşriyyat Mütərcim
Nəşr yeri Bakı

Əfqan Qasımzadə. Qəbələnin orta əsr keramikası (XI-XIII əsrlər). Bakı, Mütərcim, 2025.

Tarix üzrə fəlsəfə doktoru Əfqan Qasımzadə tərəfindən Qəbələnin XI-XIII əsrlər keramikasının xüsusi tədqiqat mövzusu olaraq araşdırılması ilə qədim paytaxt şəhərimizin keramika məmulatının tam və sistemli olaraq öyrənilməsi işi başa çatdırılmışdır ki, bu da digər orta əsr Azərbaycan şəhərlərinə aid anoloji materialların tədqiqi üçün bir növ etalon kimi dəyərləndirilə bilər. Müəllif əsərdə dövrün şirsiz, şirli və inşaat keramikasının ilk dəfə olaraq təsnifatını və bədii-texniki, texnoloji xarakteristikasını vermişdir. Monoqrafiyadan Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan qədim paytaxt şəhəri Qəbələnin tarixinə, bütövlükdə Azərbaycan tarixinə və Azərbaycan arxeologiyasına aid tədqiqat aparan mütəxəssislər, tarix ixtisası üzrə təhsil alan tələbələr, magistr və doktorantlar, Azərbaycan tarixi ilə maraqlanan geniş oxucu kütləsi faydalana bilər.